Azərbaycan Tibb Universitetinin tələbəsi Qara dənizdə boğuldu

Azərbaycan Tibb Universitetinin tələbəsi Qara dənizdə boğuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Tibb Universitetinin 2-ci kurs tələbəsi olan Türkiyə vətəndaşı Qara dəniz çimərliklərindən birində boğulub.

“A24.az” “Virtualaz.org”a istinadən xəbər verir ki, Giresunun Merkez Güre Məhəlləsi səmtində yerləşən çimərliklərindən birinə 2 dostu ilə birlikdə sərinləməyə gedən 23 yaşlı Hüseyn Topşir dənizin dalğalı olması səbəbindən axına düşüb. O, tezliklə dalğalar arasında gözdən itib. Dostları onu xilas etməyə çalışsalar da dalğaların get-gedə daha da artmasına görə heç nə edə bilməyiblər. Sahildəkilər hadisə barədə xilasetmə xidmətinə məlumat veriblər.

Xilasedicilər dünən sentyabrın 8-də axtarışlar aparsalar da nəticə əldə edilməyib, axtarışlar bu gün davam etdiriləcək.

Hüseyn Topşir bu gün Azərbaycana qayıtmağa hazırlaşırmış. Onun atası məscid imamıdır və Almaniyadakı məscidlərdən birində işləyir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar