Azərbaycan-Türkiyə hərbi təlimləri başladı

Azərbaycan-Türkiyə hərbi təlimləri başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Türkiyənin Qars vilayətində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi başlayır.

A24.Az xəbər verir ki, mayın 31-dək davam edəcək döyüş atışlı təlimdə hər iki tərəfdən tabor səviyyəsində qüvvələr iştirak edəcək.

Təlimə Azərbaycandan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qüvvələri qatılıb.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri keçirilir.

Tabor səviyyəsində bundan əvvəlki təlim Bakıda və Naxçıvan Muxtar Respublikasında keçirilib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar