A24 Xeber

Azərbaycan Universitetində biabırçılıq – Dərsə şortla gəlmək qadağan edildi – VİDEO

Azərbaycan Universitetində biabırçılıq – Dərsə şortla gəlmək qadağan edildi – VİDEO
592
22 İyun 2017 - 14:34

Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub.

A24.Az  xəbər verir ki, bu barədə oxu.az-a adı çəkilən universitetin İKT fakültəsində təhsil alan Əli Zeynallı bildirib.

Onun sözlərinə görə, dünən dekan müavini zəng vurub, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayalar. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.

A. Zeynallı onu da bildirib ki, təhsil ocağına şortla daxil olmağa qoyulan qadağa heç bir yerdə rəsmi şəkildə qeyd olunmayıb.

Azərbaycan Universitetindən oxu.az-a bildiriblər ki, şortiklə təhsil ocağına daxil olmağa heç bir qadağa qoyulmayıb:

 “Tələbələrimiz şortiklə universitetə daxil ola bilər. Lakin hər şeyin öz qaydası var, tələbə gecə yatdığı geyimdə universitetə girmək istəsə, ona məhdudiyyət qoya bilərlər”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00