Azərbaycan və Gürcüstan arasında ilk birgə sərhəd məntəqəsi yaradıla bilər 

Azərbaycan və Gürcüstan arasında ilk birgə sərhəd məntəqəsi yaradıla bilər
Want create site? Find Free WordPress Themes and plugins.

“Gürcüstan İpək yolu təşəbbüsü çərçivəsində Azərbaycanla ilk birgə sərhəd məntəqəsinin yaradılması imkanlarını müzakirə edir”.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Manilada keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) illik toplantısında deyib.

Nazir bildirib ki, İpək yolu təşəbbüsündə iştirak edən bütün ölkələr infrastruktur layihələrinə fəal olaraq investisiyalar yatırır: “Gürcüstan bütün regional layihələrdə fəal iştirak edir. Mərkəzi Asiya regionu mineral resurslarla zəngindir. Bu, çox maraqlı bazardır. Buna görə də biz bu regionu dünya iqtisadiyyatına daha yaxşı inteqrasiya etməliyik”.

 M.Baxtadze bildirib ki, Gürcüstan və Cənubi Qafqaz regionu bu prosesdə əsas rol oynayır: “Gürcüstan regionda Avropa İttifaqı və Çinlə azad ticarət rejimi olan yeganə ölkədir. Avropanın Asiya ilə əlaqələndirilməsi regionda ÜDM-in artım tempinə əhəmiyyətli təsir göstərəcək”.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar