Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici işlər Nazirliyi məlumat yayıb.

Nazirlər Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) beşinci sammitinin sənədlərinin hazırlanması istiqamətində işləri müzakirə ediblər.

Qeyd edək ki, Xəzəryanı ölkələrin beşinci sammitinin 2018-ci ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur, lakin tədbirin dəqiq tarixi hələ müəyyən edilməyib. Xəzəryanı ölkələrin sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması təklif olunur. Sənəd Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan arasında su ehtiyatlarının istifadəsini tənzimləməlidir.

Onun razılaşdırılması artıq bir neçə ildir ki, davam edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar