A24 Xeber

Azərbaycan və Türkiyə alkoqoldan istifadəyə görə dünyaya nümunə oldu – 53 ölkədə araşdırma

Azərbaycan və Türkiyə alkoqoldan istifadəyə görə dünyaya nümunə oldu – 53 ölkədə araşdırma
82
13 Sentyabr 2018 - 9:51

BMT-nin nəzdində olan Dünya Sağlamlıq Təşkilatının hesabatına görə, siqaret, spirtli içki və köklük avropalıların ən böyük problemləri olduğu halda, Türkiyə spirtli içkidən ən az istifadə edən ölkələr sırasındadır.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Avropa qitəsi, Qafqaz və Orta Asiya bölgəsinin də daxil olduğu 53 ölkədə araşdırma aparılıb. Hesabatda Almaniya sağlamlığa ziyan vuran vərdişlər arasında spirtli içkidən istifadə etməyə görə birinci yerdədir.

Araşdırma ilə bağlı açıqlama verən DST mütəxəssisi Klaudia Stein 15 yaşından yuxarı olan avropalıların ildə 8,6 litr spirtli içki içdiyi halda, Almaniyada bu rəqəmin 11 litr olduğunu qeyd edib.

“Deutsche Welle”də yer alan xəbərə görə, Litva ildə 15,2 litrlə spirtli içki alüdəçiliyində birincidir. Lakin Rusiyada alkoqoldan istifadədə azalma müşahidə olunub və 10,1 litrə düşüb. İllik təqribən 2 litr spirtli içki istehlak edən Türkiyə isə  Azərbaycandan sonra ən az alkoqol istifadə edən ölkələr sırasındadır. Yəni siyahıda Azərbaycan sonuncu, Türkiyə isə axırdan 2-ci yerdədir.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00