Azərbaycan və Türkiyə müdafiə və müdafiə sənayesi sahələrində birgə çalışacaq

Azərbaycan və Türkiyə müdafiə və müdafiə sənayesi sahələrində birgə çalışacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə və Azərbaycan müdafiə və müdafiə sənayesi sahələrində yaxın perspektivdə bir neçə mühüm layihəni başlamağı planlaşdırır.

A24.Az xəbər verir ki, bu barədə KADEX-2018 sərgisində iştirak edən Türkiyənin Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

SSM-də hesab edirlər ki, bu layihələr iki ölkə arasında müdafiə sahəsində əlaqələrin genişləndirilməsinə və yeni mərhələyə keçidinə öz töhvəsini verəcək.

“Bu layihələr arasında bəzi məmulatların birgə istehsalı, Azərbaycan Ordusunun bəlli sistemlərə olan ehtiyaclarının qarşılanması, modernləşdirmə və s. kimi mövzular var. Dövlətlərimizin rəhbərləri qarşımıza bu sahədə bir çox mühüm tapşırıqlar qoyublar. Bunlardan bəziləri artıq başlayıb”, – deyə Katiblikdən bildirilib.

SSM yetkililəri sentyabr ayında Bakıda keçirilməsi planlaşdırılan ADEX-2018 sərgisində Türkiyə müdafiə sənayesinin geniş miqyasda təmsil olunacağını da bildiriblər. Sərgidə Türkiyə ən böyük milli pavilyona sahib olacaq.

(Azeridefence)

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar