A24 Xeber

Azərbaycan və Türkiyə ordusu birgə təlim keçirib – FOTOLAR

Azərbaycan və Türkiyə ordusu birgə təlim keçirib – FOTOLAR
55
01 İyun 2018 - 22:36

Türkiyənin Qars vilayətində keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi yekunlaşıb.

A24.Az Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, mayın 29-dan mayın 31-dək davam edən döyüş atışlı təlimdə Azərbaycan tərəfindən bir ədəd mexanikiləşdirilmiş bölük iştirak edib.

“Təlimdə Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasındakı dostluq, əməkdaşlıq və koordinasiya inkişaf etdirilib, qarşılıqlı məlumat və təcrübə mübadiləsi gerçəkləşdirilib, birlikdə çalışa bilmə qabiliyyəti yüksəldilib”, – deyə Baş Qərargahın məlumatında qeyd olunub.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00