A24 Xeber

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açılacaq

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açılacaq
24
05 Sentyabr 2018 - 12:58

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər.

“A24.az” bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda yaponiyalı həmkarı Taro Kono ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, bugünkü görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib:

“Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 Yaponiya şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik”.

Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir: “Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır”.

O qeyd edib ki, Bakıda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono ilə görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə sərmayələrin qoyulması məsələləri müzakirə edib.

Yaponiya şirkətlərinin Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu deyən nazir əlavə edib ki, Yaponiya tərəfindən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00