A24 Xeber

Azərbaycan xalçaları ABŞ-ın məşhur SAYTLARINDA NÜMAYİŞ olundu- FOTOLAR

Azərbaycan xalçaları ABŞ-ın məşhur SAYTLARINDA NÜMAYİŞ olundu- FOTOLAR
67
21 May 2018 - 18:37

Qədimdən məşhur olan Azərbaycan xalçaları bu dəfə də Avropanın dəqqətini çəkib.

A24.Az xəbər verir ki, bu günlərdə dünyanın ən iri onlayn satış sistemi olan ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında “Azərxalça”nın məhsullarının  nümayişinə və satışına başlanılıb.

Saytda satışa çıxarılan məhsulların “Azərxalça” tərəfindən istehsal edildiyi barədə məlumatlar yerləşdirilib. Azərbaycanın xalçaçılıq qrupları haqqında məlumatların yer aldığı saytda xalçaların bədii-texniki göstəriciləri, qiyməti və çatdırılma müddəti də öz əksini tapıb. Dünyanın ən çox baxılan saytlarından biri olan amazon.com-da “Azərxalça”nın məhsullarının satışına başlanılması Azərbaycan xalçalarının beynəlxalq təqdimatı baxımından çox əhəmiyyətli hadisədir.

 

Click to enlarge image q2.jpg

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00