“Azərbaycan Xalq Cümhuriyyəti 100” illiyinin loqotipi hazırlandı

“Azərbaycan Xalq Cümhuriyyəti 100” illiyinin loqotipi hazırlandı
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.

A24.Az trend-ə istinadən xəbər verir ki, Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb. Loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar