A24 Xeber

Azərbaycan xüsusi təyinatlılarının birinci olduğu təlimdən – FOTOLAR

Azərbaycan xüsusi təyinatlılarının birinci olduğu təlimdən – FOTOLAR
723
29 Aprel 2018 - 22:21

Xəbər verdiyimiz kimi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən EFES-2018 təliminə qatılıblar.

A24.Az “AzeriDefence”ə istinadən xəbər verir ki, İzmir şəhəri yaxınlığında keçirilən hərbi təlimdə Türkiyə daxil olmaqla 23 ölkədən hərbçilər iştirak edir. Aprelin 27-də pentatlon üzrə yarışmada Azərbaycan xüsusi təyinatlıları birinci olublar. Ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə Pakistan ordu xüsusi təyinatlıları tutub.

Təlimin döyüş atışlı aktiv fazası 7-11 may tarixlərində keçiriləcək. Buna qədər isə iştirakçı ölkələrin hərbçilərinin qatılımı ilə hazırlıq təlimləri keçirilir.

A24.Az  yarışmadan və təlimdə iştirakdan fotoları təqdim edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00