Azərbaycana 76 ölkədən tələbə axını var - Hesabat

Azərbaycana 76 ölkədən tələbə axını var – Hesabat
Want create site? Find Free WordPress Themes and plugins.

Hazırda Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır ki, bu da ötən tədris ilinə nisbətən 14,4 faiz artıqdır.

“A24.az” “azvision.az”a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

Qeyd olunur ki, hesabat dövründə ali təhsil müəssisələrinin beynəlxalq proqramlarda iştirakı və beynəlxalq əlaqələri daha da genişlənib. Avropa İttifaqının “Ali təhsil sahəsində potensialın gücləndirilməsi” komponenti üzrə ölkəmizin universitetləri tərəfindən 30-dan artıq layihə təqdim edilib, ilkin mərhələdə 11 layihə seçilib.

Ötən il Azərbaycan ali təhsil müəssisələri ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq haqında bir sıra sazişlər və memorandumlar imzalanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar