Azərbaycana gələn erməni nazirdən acı Qarabağ sözləri

Azərbaycana gələn erməni nazirdən acı Qarabağ sözləri
Want create site? Find Free WordPress Themes and plugins.
Mayın 18-də Ermənistan xarici İşlər naziri Zoqrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər ediblər.
A24.Az Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə Dağlıq Qarabağ separatçıların lideri Bako Saakyanla David Tonoyanın görüşündə “ordu quruculuğu” sahəsində məsələlər müzakirə edilib.
Bako Saakyanla görüşündən danışan Zoqrab Mnasakanyan Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanın xarici siyasəti üçün prioritet hədəf olaraq qaldığını bildirib.
“Qarabağın həlli məsələsi bizim Qarabağın inkişafı və təhlükəsizliyi üçün heç bir təhdidin olmayacağına əmin olduğumuz ana qədər prioritetimiz olaraq qalacaq”, – erməni nazir deyib.
Zoqrab Mnasakanyan həmçinin qeyd edib ki, Qarabağda insanlar xüsusi şərtlərdə yaşayırlar.

“İnsanlar burada xüsusi şərtlərdə yaşayırlar. Xüsusilə ona görə ki, təhlükə var, fiziki təhlükəsizlik problemi var, rəqib var”, – o vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar