A24 Xeber

Azərbaycana gələn turistlərin sayı 12,6 faiz artıb

Azərbaycana gələn turistlərin sayı 12,6 faiz artıb
24
10 Aprel 2018 - 11:36

2018-ci ilin 3 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 12,6 faiz artıb.

A24.Az xəbər verir ki,  2018-ci ilin 3 ayı ərzində Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 207 nəfər və ya 12.6% artım deməkdir.

Xarici vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayı ərzində ölkəmizə səfər edib.

Ölkəmizə səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya (171 814 nəfər), Gürcüstan (138 909 nəfər), İran (99 158 nəfər) və Türkiyə (72 733 nəfər) liderlik edib. Bununla yanaşı, BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər) vətəndaşları da Azərbaycana gələnlərin sırasında olub.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00