Azərbaycana gələn yeni nəhəng

Azərbaycana gələn yeni nəhəng
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyanın ikinci ən böyük proqram təminatı şirkəti “Oracle” Azərbaycanda geniş fəaliyyətə başlamaq istəyir.

A24.az xəbər verir ki, “Oracle” ilə əməkdaşlıq edən qrup şirkətlərindən olan “Artım” QSC Azərbaycan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Tacikistan və Qırgısiztanda dövlət qurumları, banklar və telekommunikasiya şirkətlərinə texniki həllər təqdim edəcək. “Artım” QSC sonrakı dövrlərdə bu ölkələrdə xüsusilə mobil rabitə kanallarında da xidmət göstərməyi planlaşdırır.

“Oracle” şirkəti “Microsoft”un ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120 mini aşan işçisi, 380 mindən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir.

“Oracle”  Qrupu şirkətlərindən olan “Göstərici Kompüter”in baş direktoru Atilla Kayalıoğlu, “Datagate”in baş direktoru Saleh Baş və “Artım” A.Ş.nin baş direktoru Suat Şumer ilə birlikdə yeni dövrü dəyərləndirən “Index Qrup”un icraçı direktoru Erol Biləcik bildirib: “Artımın “Oracle” ilə bağlamış olduğu yeni müqavilə əsasında xaricdə başda Azərbaycan olmaqla Orta Asiya bölgəsindəki 7 ölkəyə açılmaq üzrə ilk addımı atdıq”. Suat Şumer isə deyib: “Bu 7 ölkə təxminən 1 milyard dollarlıq bir bazar deməkdir. Burada əhəmiyyətli yol keçəcəyimizə inanırıq”.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar