Azərbaycana qarşı böhtan kampaniyası ifşa olundu - VİDEO

Azərbaycana qarşı böhtan kampaniyası ifşa olundu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycana qarşı Avropada müəyyən dairələr tərəfindən aparılan daha bir qarayaxma kampaniyası ifşa edilib. Belə ki, guya rüşvət alaraq Azərbaycanı müdafiə etməkdə ittiham olunan AŞPA üzvü italiyalı deputat Luka Volonte bəraət alıb. Milan məhkəməsi italiyalı deputatın barəsindəki ittihamları əsassız hesab edib.

Mütəmadi olaraq Azərbaycan əleyhinə şər və böhtan xarakterli kampaniyalar aparan avropadakı bəzi dairələrin niyyətlərləri zamanla ifşa olunur. Bir müddət əvvəl AŞPA üzvü olan italyalı deputat Luka Volonte qurumda Azərbaycanının ədalətli mövqeyini müdafiə etdiyi üçün hədəf seçilmişdi. 2010-2013-cü illərdə İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və AŞPA-nın vitse prezidenti olmuş Luka Volonte barəsində guya Azərbaycandan rüşvət alması ilə bağlı ittihamlar irəli sürülmüşdü. Hətta o çirkli pulların yuyulmasında günahlandırılaraq məhkəməyə verilmişdi. Bu gün isə Milan məhkəməsi təxminən 2 il davam edən prosesə yekun vurub və ittihamları əsassız hesab edərək Luka Volonteyə bəraət qazandırıb.

Həmin dövrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş millət vəkili Elxan Süleymanov bildirir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə iş aparan qüvvələr qondarma siyasi məhbus iddialarından sonra daha bir sarsıdıcı məğlubiyyətə məruz qalıblar. Halbuki onlar bu vasitələrlə Azərbaycana öz istəklərini qəbul etdirmək üçün təziq göstərmək istəyirdilər

Maraqlısı budur ki, bu böhtan kompaniyasına avropadakı erməni lobisi ilə bərabər Azərbaycanda özünü müxalifət adlandıran qüvvələr də canfəşanlıqla qoşulmuşdu. Ölkəmizn beynəlxalq nüfuzuna xələl gətirilməsinə sevinən milli hisslərdən məhrum müxalif qüvvələr görəsən indi nə deyəcəklər? Utanmasalar yəqin indi də Milan məhkəməsini rüşvət almaqda ittiham edərlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar