A24 Xeber

Azərbaycana yarım tondan artıq heroinin keçirilməsinin qarşısı alınıb – FOTOLAR

Azərbaycana yarım tondan artıq heroinin keçirilməsinin qarşısı alınıb – FOTOLAR
27
24 May 2018 - 12:17

Azərbaycana yarım ton heroinin keçirilməsinin qarşısı alınıb.

A24.Az xəbər verir ki, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.

Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00