A24 Xeber

Azərbaycanda 100 min hektarlıq yeni milli park yaradılacaq

Azərbaycanda 100 min hektarlıq yeni milli park yaradılacaq
70
04 May 2018 - 12:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala-Balakən biosfer rezervatının (qoruğunun) yaradılması üzrə hazırlıq işlərini tamamlamaq üzrədir.

A24.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

 Onun sözlərinə görə, həmin bölgədə sahəsi 40 min hektardan çox olan qoruq fəaliyyət göstərir: “Bu qoruğun bazasında Cənubi Qafqazda ilk biosfer rezervatının yaradılması nəzərdə tutulub. Qoruğun ətrafında olan ərazilər də bura daxil ediləcək. 2021-ci ilə qədər işin bitməsi nəzərdə tutulub. Bu il layihənin həyata keçirən şirkət seçildikdən sonra işlərə başlanılacaq”.

Qızılağac qoruğunun milli parkına gəldikdə isə, H.Əlizadə deyib ki, burada 100 min hektarlıq növbəti milli park yaradılacaq”.

(Trend)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00