A24 Xeber

Azərbaycanda 20 nəfər iş yerində dünyasını dəyişdi

Azərbaycanda 20 nəfər iş yerində dünyasını dəyişdi
40
19 İyul 2018 - 18:53

 Bu ilin I yarısında Azərbaycanda istehsalat prosesində 71 bədbəxt hadisə baş verib.

A24.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 20 nəfər vəfat edib.

Ən çox bədbəxt hadisə tikinti sektorunda qeydə alınıb.

Xatırladaq ki, 2017-ci ilin yekununda istehsalatda bədbəxt hadisələrin sayı 151 olub. Bunlardan 11-i qrup halında baş verib.

Ötən il istehsalat prosesi zamanı 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O cümlədən tikinti sektorunda baş vermiş 36 bədbəxt hadisə (onlardan 1-i qrup halında qeydə alınıb) nəticəsində ölənlərin sayı 17 nəfər, xəsarət alanların sayı isə 24 nəfər olub.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00