A24 Xeber

Azərbaycanda 26 yaşlı qadın güllələndi

Azərbaycanda 26 yaşlı qadın güllələndi
85
14 Aprel 2018 - 13:37

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.

A24.Az-ın APA-nın qərb bürosuna istinadən xəbərinə görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00