Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb

Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb.

“A24.az” xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Qeyd olunub ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan – 01.09.2009-cu ildən etibarən Azərbaycanda komitə tərəfindən 835 dini icma dövlət qeydiyyatına alınıb.

Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2018-ci ildə qeydiyyatdan keçən dini icmaların sayı ümumilikdə 39-dur. Bunların 13-ü aprel ayında, 26-sı isə iyul ayında qeydiyyata alınıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar