Azərbaycanda 3 ay ərzində 148 nəfər İİV-ə yoluxub

Azərbaycanda 3 ay ərzində 148 nəfər İİV-ə yoluxub
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin 3 ayı ərzində İİV-ə yoluxması yeni aşkar olunanların sayı 148 nəfər təşkil edib.

A24.Az xəbər verir ki,  İİV-ə yoluxanlardan 145-i (98%) Azərbaycan vətəndaşı, 3-ü (2%) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülüb. Onlardan 6680-i (96,8%) Azərbaycan vətəndaşı, 223-ü (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5037-i (73%) kişi, 1866-sı (27%) qadındır.

 İİV-ə yoluxması təsdiq olunmuş 6903 nəfərdən 3087-də (44,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2270 (73,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4367 nəfər təşkil edib ki, onların da 1823 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 160 pasiyentdən 18 nəfərində İNİ aşkar edilib.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar