A24 Xeber

Azərbaycanda 3 nəfəri maşın vurub öldürdü

Azərbaycanda 3 nəfəri maşın vurub öldürdü
795
14 Mart 2017 - 20:00

Son sutka ərzində ölkə ərazisində ölümlə nəticələnən bir neçə yol qəzası baş verib. A24.Az xəbər verir ki, Səbail rayonunun Ə.Yaqubov küçəsində Bakı şəhər sakinləri – Elşən Tahirovun və Əsədulla Novruzovun idarə etdikləri “Ford-Tranzit” və “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Əsədulla Novruzov orada ölüb.

Nəsimi rayonunun Neftçilər prospektində isə piyda ölümü ilə nəticələnən qəza qeydə alınıb. Gəncə şəhər sakini Cəfər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa Göyçay rayonunun Bığırlı kəndində Məhəmməd Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qarayazı kənd sakini Sədiyar Eyvazovu, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Elman Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Şükufə Quliyevanı vurub, hər iki piyada aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Bütün faktlarla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00