A24 Xeber

Azərbaycanda 3 nəfəri maşın vurub öldürdü

Azərbaycanda 3 nəfəri maşın vurub öldürdü
557
06 Mart 2017 - 19:46

Azərbaycanda piyadanın ölümü ilə nəticələnən 3 nəqliyyat hadisəsi qeydə alınıb. A24.Az xəbər verir ki, martın 6-da saat 01 radələrində Şirvan şəhərinin T.İsmayılov küçəsində müəyyən edilməyən avtomobillə şəhər sakini Rüstəm Abışov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa Qaradağ rayonunun Lökbatan qəsəbəsində də oxşar hadisə qeydə alınıb. Qəsəbə sakini Həsənbala Məclumov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Rahib Eyyubovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sonuncu bu cür hadisə ilə Göygöl rayonunun Quşqara kəndində baş verib. Rayon sakini Məzahir Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini Bəylər Haqverdiyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı müvafiq polis şöbələrində cinayət işləri açılıb, araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00