Azərbaycanda 45 dərəcə isti gözlənilir – Proqnoz

Azərbaycanda 45 dərəcə isti gözlənilir – Proqnoz
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyalı sinoptiklər bu gün ölkə ərazisində anomal istilərin olacağını açıqlayıblar.

“Rusiyanın mərkəzi hissəsində artıq rekord qeydə alınıb. Təbii ki, Rusiyadakı hava dəyişikliyi bizim regiona da təsir edəcək”.

“A24.az” xəbər verir ki, bu sözləri “Oxu.Az”a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov deyib.

“Ekoloqların hesablamalarına görə, cari ilin yayında Azərbaycanda isti hava müşahidə ediləcək. Havanın temperaturu yüksək olacaq. Biz Hindistanda baş verən və insan tələfatına səbəb olan anomal istiləri xatırlayırıq.

Düşünürəm ki, ölkəmizdə anomal isti hava şəraiti bu səviyyəyə çatmayacaq, ancaq Azərbaycanda 42-45 dərəcə isti gözləyirik”, – ekoloq qeyd edib.

Zeynalovun sözlərinə görə, ölkə üzrə rekord hava göstəriciləri Azərbaycanın Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarında müşahidə edilə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar