Azərbaycanda 5 qat dünya çempionu həbs edildi - FOTO

Azərbaycanda 5 qat dünya çempionu həbs edildi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub. 

“A24.az” “Unikal.org”a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar