A24 Xeber

Azərbaycanda 767 dini qurum dövlət qeydiyyatına alınıb

Azərbaycanda 767 dini qurum dövlət qeydiyyatına alınıb
68
30 İyun 2017 - 17:49

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində  yeni qeydiyyatdan keçmiş 7 dini icmaya şəhadətnamələr təqdim edilib.

Komitənin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, yeni qeydiyyatdan keçən dini icmalar dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağrılıb.

Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.

DSC_4457.JPG görüntüleniyor

DSC_4467.JPG görüntüleniyor

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 767 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00