Azərbaycanda aktyor toyda bıçaqlandı - Təfərrüat + Yeniləndi

Azərbaycanda aktyor toyda bıçaqlandı – Təfərrüat + Yeniləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

“A24.Az” “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kino və teleseriallarda çəkilib. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.

***

Toyda iştirak edən Mahir Mirişli ilə mərasim zamanı bir neçə şəxs arasında mübahisə yaranıb. Toy sahiblərinin köməyi ilə mübahisə edən şəxslər sakitləşdirilib. Daha sonra mübahisə edən şəxslər M.Mirişlini evindən çağıraraq, ona çənə nahiyəsindən kəsici-deşici alətlə xəsarət yetiriblər.

Hazırda M.Mirişlinin vəziyyəti sabitdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar