Azərbaycanda alqı-satqı saytında şok elan: "Uşaq verilir" - FOTO

Azərbaycanda alqı-satqı saytında şok elan: “Uşaq verilir” – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib.
A24.Az Milli.Az-a istinadən xəbər verir ki, aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də “uşaq verilir” yazılıb.
Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.
Məsələ ilə bağlı göstərilən nömrənin sahibi ilə əlaqə saxlayıb. Sualımızı cavablandıran telefonun sahibi olan xanım qeyd edib ki, onun bu elandan xəbəri yoxdur və bunu evin yeniyetmə uşağı zarafat üçün edib: “Bunu uşaq edib, guya zarafat üçün. Buna görə də nə qədər əsəbiləşmişik. Onu danlamışıq. Biz elanı siləcəyik. Bunu ciddi qəbul etməyin. Sadəcə, uşağın bilmədən etdiyi zarafatdır”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar