Azərbaycanda ana özünü və 6 aylıq körpəsini yandıraraq intihar etdi - TƏFƏRRÜATLAR

Azərbaycanda ana özünü və 6 aylıq körpəsini yandıraraq intihar etdi – TƏFƏRRÜATLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Daşkəsəndə evdə ana və 6 aylıq körpəsinin ölümü ilə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, Qabaqtəpə kəndində ata mülkündə yaşayan 1975-ci il təvəllüdlü Abdullayeva Lətifə Mürsəl qızı və 6 aylıq oğlu Həsənli Əli İlqar oğlunun meyiti yanmış halda 2 mərtəbəli evin birinci mərtəbəsindəki otaqların birində aşkar edilib.

Körpənin meyiti yanmış uşaq arabasında, qadının cəsədi isə yerdə olub. Evdə yanğın əlaməti yalnız meyitlərin olduğu yerdə qeydə alınıb.

2016-cı ildə Həsənov İlqar Eldar oğlu ilə ailə həyatı quran L.Abdullayeva yoldaşı ilə birgə ata evində yaşayıb. Həmin mülk atasının ölməmişdən əvvəl etdiyi nəsihətə görə, onun adına keçirilib.

Qadının həyat yoldaşı bir gözündən əlildir. Ailə əlilliyə görə verilən əmək pensiyası və təsərrüfatdan gələn gəlir hesabına dolanıb.

İ.Həsənov faciə baş verən zaman tanışları ilə birgə Daşkəsən şəhərində olduğunu, yoldaşı və övladının ölüm xəbərini isə yaxınlarından aldığını bildirib. Ailənin heç kimlə düşmənçiliyi olmayıb.

Lakin qadın ilə qardaşları arasında atadan qalan mülkə görə narazılıq olub. L.Abdullayevanın 3 qardaşı var. Onlardan Rafiq Abdullayev adlı biri rayonun Astaf kəndində müəllim işləyir, Tofiq Abdullayev ad-soyadlı digər qardaş ticarətlə məşğuldur, başqa biri isə fiziki qusurludur və Bayan kəndində yaşayır.

Qardaşlardan, əsasən qonşuluqda yaşayan Rafiq Abdullayev və Tofiq Abdullayev bacılarının ata mülkündə öz həyat yoldaşı ilə yaşamasına əvvəllər bir neçə dəfə etiraz ediblər. Məhz bu səbəbdən L.Abdullayevanın sözügedən qardaşları ilə arasında soyuq münasibət yaranıb.

Lakin onlar da baş verən faciədən xəbərsiz olduqlarını və hadisənin intihar məqsədi ilə törədildiyini düşündüklərini bildiriblər. L.Abdullayevanın anası və bacısı da hadisənin intihar olduğunu bildiriblər.

Bununla belə, hadisənin kimsə tərəfindən qətl məqsədi ilə törədildiyi də istisna olunmur.

Qeyd edək ki, Qabaqtəpə kəndində yaşayan 1975-ci il təvəllüdlü yerli sakin Lətifə Abullayeva və 6 aylı oğlu Həsənli Əli İlqar oğlu evdə yanmış vəziyyətdə aşkar edilib. İlkin məlumata görə, evi qadın özü yandırıb və hadisə intihar məqsədi ilə törədilib. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar