A24 Xeber

Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artıb – Statistika

Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artıb – Statistika
31
04 Sentyabr 2018 - 8:11

Azərbaycanda ilk dəfə anemiya (qanazlığı) diaqnozu qeydə alınmış xəstə uşaqların sayı artır.

“A24.az”ın statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948, 2017-ci ildə 29167 nəfər olub.

Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114, 2017-ci ildə 1117,0 nəfər olub.

Ötən il 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq, boy atmanın ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00