A24 Xeber

Azərbaycanda anomal istilər olacaq – İlkin proqnoz

Azərbaycanda anomal istilər olacaq – İlkin proqnoz
233
30 May 2018 - 8:22

Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal isti hava şəraitinin daha çox müşahidə ediləcəyi gözlənilir.

“A24.az”ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, iyunun ilk günlərində nisbətən sərin hava şəraiti gözlənilsə də, ümumilikdə iyunda temperatur iqlim normasına yaxın və bir qədər yüksək olacaq. Amma əsas istilər iyul və avqust aylarında olacaq: “İlkin proqnozlara və son illərin tendensiyasına əsaslanaraq deyə bilərik ki, Azərbaycanda, xüsusilə paytaxtda əsas isti aylar iyul və avqustdur. Düşünürük ki, bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal istilər daha çox müşahidə ediləcək”.

U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yay fəslində anomal istilərin daha tez-tez baş verməsi nəinki Azərbaycanda, bütün dünyada müşahidə edilir: “Bu tendensiyanın bu il Azərbaycanda da davam edəcəyini gözləyirik”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00