A24 Xeber

Azərbaycanda arvad ərini şifarişlə öldürtdü

Azərbaycanda arvad ərini şifarişlə öldürtdü
47
11 Sentyabr 2018 - 11:31

Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

Ə.Sadıqova və Ş.Əsədov saxlanılıb. Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00