Azərbaycanda azyaşlıların toyu oldu: Bəyin 12, gəlinin isə 14 yaşı var - FOTO

Azərbaycanda azyaşlıların toyu oldu: Bəyin 12, gəlinin isə 14 yaşı var – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Yevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib.

“A24.az” “Unikal.org”a istinadən xəbər verir ki, sosial şəbələlərdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:

“Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar