A24 Xeber

Azərbaycanda beş günlük tətil başlayır

Azərbaycanda beş günlük tətil başlayır
42
14 İyun 2018 - 9:18

İyunun 15-dən etibarən Ramazan bayramı və Milli Qurtuluş günü münasibətilə Azərbaycanda tətil başlayır.

A24.Az-ın xəbər verir ki, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.

Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq.

Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00