A24 Xeber

Azərbaycanda bir ailənin 7 üzvü bir gündə dəfn edildi

Azərbaycanda bir ailənin 7 üzvü bir gündə dəfn edildi
330
02 Aprel 2018 - 15:22
Şənbə günü Lənkəran rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən 7 nəfər dəfn edilib. 
A24.Az  lent.az-a istinadən xəbər verir ki, Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı “Ford Cargo” markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı “Mitsubishi Pajero İO” markalı minik maşınında həlak olan və bir ailənin üzvü olan şəxslər Ləj kənd qəbiristanlığında dəfn edilib.
Bildirilir ki, Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsindən yaxınlarına təhvil verilən meyitlər əvvəlcə kənd məscidinə gətirilib. Daha sonra onlar dəfn edilib.
Qeyd edək ki, 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib. Lakin 1 gün sonra Aslnov Ülvi Faiq oğlu xəstəxanada vəfat edib. O da artıq dəfn edilib.
Bildirilir ki, qəzada vəfat edənlər Bakıda yaşayırmış və rayonda infarkt keçirmiş yaxın qohumlarına baş çəkməyə, daha sonra isə toy məclisində iştirak etməyə gedirmiş.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00