Azərbaycanda boş qalan yüksək vəzifələr - 6 YER

Azərbaycanda boş qalan yüksək vəzifələr – 6 YER
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyevin ötən gün Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovu vəzifəsindən azad etməsi ilə boş qalan yüksək vəzifələr sırasına daha biri əlavə olundu.

“A24.az” bildirir ki, buna qədər təyinat aparılmayan vəzifələrdən biri Bakı şəhər İcra Hakimiyyətinin başçısı postudur. Daha əvvəl həmin vəzifəni icra edən Hacıbala Abutalıbov Prezidentin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Baş nazirin müavini təyin edilib.

Prezident yanında Ali Attestasiya Komissiyasının sabiq sədri Arif Mehdiyevin ölümündən sonra onun yerinə təyinat olmayıb. Bildirək ki, Komissiyanın sabiq sədri, akademik Arif Mehdiyev 2016-cı il dekabrın 19-da vəfat edib.

Həmçinin Lənkəran Dövlət Universitetinin rektoru, Azərbaycan Texniki Universitetinin rektoru, Təhsil İnstitutunun direktoru və Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi vəzifələrinə də hələlik təyinat yoxdur.

Axar.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar