A24 Xeber

Azərbaycanda bu dərmanların satışı qadağan olundu – SİYAHI

Azərbaycanda bu dərmanların satışı qadağan olundu – SİYAHI
69
04 Sentyabr 2018 - 13:06

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, aşağıda adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.

“A24.az” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edib.

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri

Sıra sayıMəhsulun adıİstehsalçı (firma və ölkə)Müayinənin nəticəsi
1CEREBROVİT B 12“Fortex Nutraceuticals Ltd”, Bolqarstandərman vasitəsi
2Nutraxin Vitamin C“BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyədərman vasitəsi
3Nutraxin Ginkgo Biloba“BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyədərman vasitəsi
4Kullinar kapsul №30“Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyədərman vasitəsi
5İNTRONEF“GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏdərman vasitəsi
6NUTRAXİN PROPOLİS“BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyədərman vasitəsi
7Nutraxin A-Oxi formula“BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyədərman vasitəsi
8Zanuvit D3 damcı 20 ml“Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.,” Türkiyədərman vasitəsi
9ZİNOFEN FM kapsul №30“Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyədərman vasitəsi
10LUZAKTOL kapsul No.30“Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyədərman vasitəsi
11İNOSTRES tablet No.30“GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏdərman vasitəsi
12MULTİ_DAY kapsul No.30“GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏdərman vasitəsi
13FERSİLON tablet No.30“GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ” TÜRKİYƏdərman vasitəsi
14Montana tablet No.30“Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti.” Türkiyədərman vasitəsi
15Sharks“Saşera-Med” MMC” Rusiyadərman vasitəsi
16EROCTİVE“Saşera-Med” MMC” Rusiyadərman vasitəsi
17PERKALSİNLaboratoarele Remedia, Ruminiyadərman vasitəsi
18MAXİDAYKoç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyədərman vasitəsi
19VitaritmVega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyədərman vasitəsi
20MAKSİKORVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi
21DEMETRAPar Pak d.o.o-Serbiyadərman vasitəsi
22Enuro-NVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi
23LOVİSTERONVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi
24MELAC-B6Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi
25RINASEPT BAL-LIMONLozen Pharma-Hindistandərman vasitəsi
26Natural qurd qovucuPharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyədərman vasitəsi
27LikefilAfsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyədərman vasitəsi
28Natural Multi Vitamin şərbətPharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyədərman vasitəsi
29NATURAL KalsiumPharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyədərman vasitəsi
30FURİYAVega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi
31Avitron(tablet N60)GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyədərman vasitəsi
32ASCORKAPWest-pharma-East-Litvadərman vasitəsi
33Immunitex tablet N30Ornado Medicine S.R.L-İtaliyadərman vasitəsi
34SWISS ENERGY VITAMIN C 550 mg N20KENDLY LTD-Bolqarıstandərman vasitəsi
35GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA)Domowa Apteczka-Polşadərman vasitəsi
36Enzo plus, kapsul N30Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyədərman vasitəsi
37BrocsevinGricar Chemical SRL-İtaliyadərman vasitəsi
38MEDEFERGrand Medical-Polşadərman vasitəsi
39HEPAMARFortex Nutraceuticals LTD-Bolqariyadərman vasitəsi
40HELONDeva Ticaret-Türkiyədərman vasitəsi
41İntroserebralGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ – Türkiyədərman vasitəsi
42GinbevitPharmacy Laboratories s.c.-Polşadərman vasitəsi
43GUTROLFortex Nutraceuticals LTD-Bolqariyadərman vasitəsi
44PROSVENTSC Laboratoarele Medical S.R.L Rumıniyanındərman vasitəsi
45MAMATON“Ceego Labs Pvt.Ltd” Hindistandərman vasitəsi
46CARTİSİN“Ceego Labs Pvt.Ltd” Hindistandərman vasitəsi
47“NUTRAXİN ULTRA MEN”“BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş” Türkiyədərman vasitəsi
48“SİBERİAN GİNSENG”“Sirio Pharma Co.Ltd.” Çindərman vasitəsi
49İMPULSİN“Saşera-Med” MMC” Rusiyadərman vasitəsi
50Hero Active“Saşera-Med” MMC” Rusiyadərman vasitəsi
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00