A24 Xeber

Azərbaycanda bu müğənni biabırçılığı ilə Roza Zərgərlini qabaqladı

Azərbaycanda bu müğənni biabırçılığı ilə Roza Zərgərlini qabaqladı
183
06 Sentyabr 2018 - 11:24

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” xəbər verir ki, Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı ölkədə avqust ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 6448 xəbər yerləşdirilib. Bu xəbərlərdən 35-si mənfi,  6413-sı isə neytral xəbərlərdir. Mənfi xəbərlər Mətanət Əsədova (31 xəbər – Sərxan Mətanəti biabır etdi) və Roza Zərgərliyə (4 xəbər – Rozaya külli miqdarda pul atdı – Biabır etdilər) məxsusdur. Avqust ayında elektron mətbuatda bu sektorla bağlı müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1Mətanət Əsədova743 xəbər
2Fədayə Laçın660 xəbər
3Röya Ayxan404 xəbər
4Manaf Ağayev395 xəbər
5Tarix Əliyev369 xəbər
6Aygün Kazımova195 xəbər
7Brilliant Dadaşova130 xəbər
8Flora Kərimova121 xəbər
9Nigar Camal119 xəbər
10Elnarə Xəlilova112 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 496 xəbər dərc edilib.

Xəbər sayına görə sıralama:

1Fədayə Laçın68 xəbər
2Mətanət Əsədova25 xəbər
3Manaf Ağayev21 xəbər
4Röya Ayxan20 xəbər
5Tarix Əliyev19 xəbər
6Tünzalə Ağayeva16 xəbər
7Aygün Kazımova14 xəbər
8Nigar Camal12 xəbər
9Nadir Qafarzadə11 xəbər
10Rəşad İlyasov11 xəbər

Avqust ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 16 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Tünzalə Ağayeva11 xəbər
2Röya Ayxan10 xəbər
3Aygün Kazımova10 xəbər
4Mənsum İbrahimov10 xəbər
5Azər Zeynalov9 xəbər
6Manana Caparadze6 xəbər
7Ədalət Şükürov6 xəbər
8Zülfiyyə Xanbabayeva6 xəbər
9Miri Yusif6 xəbər
10Alim Qasımov5 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00