Azərbaycanda bu nazirin xeyli səlahiyyəti əlindən alındı -  QAYDA

Azərbaycanda bu nazirin xeyli səlahiyyəti əlindən alındı –  QAYDA
Want create site? Find Free WordPress Themes and plugins.
İqtisadiyyat Nazirliyinin səlahiyyəti xeyli dərəcədə azaldılıb.
A24.az  xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına görə, “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.
Bundan əlavə, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnamə”də edilən dəyişikliyə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinə verilən bu səlahiyyətlər nazirliyin əsas gəlir mənbələrindən biri idi.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar