A24 Xeber

Azərbaycanda bu quruma yeni rəis təyin edildi

Azərbaycanda bu quruma yeni rəis təyin edildi
110
10 May 2018 - 10:25

 Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.

A24.Az Report-a istinadən xəbər verir ki, söhbət Mirzə Əliyevdən gedir.

O, bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də, “Kapital Bank” ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.

Xatırladaq ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəzliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00