Azərbaycanda bu QURUMDA YENİ TƏYİNAT OLDU

Azərbaycanda bu QURUMDA YENİ TƏYİNAT OLDU
Want create site? Find Free WordPress Themes and plugins.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru vəzifəsindən kənarlaşdırılıb.
A24.Az report-a istinadən xəbr verir ki, bu vəzifəyə S.Babayevin yerinə Ruslan Rüstəmli təyin edilib.
Təyinat ötən gün reallaşıb.
Qeyd edək ki, R.Rüstəmli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktorudur. O, həmçinin 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə alternativ direktordur. Direktor Bankda Azərbaycanla yanaşı Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edir.
Xatırladaq ki, “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Dünya Bankı ilə Azərbaycan Hökumətinin “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində birgə həyata keçirdiyi layihədir. Ümumilikdə 5 komponentdən ibarət olan layihə üzrə müqavilə 2009-cu ilin mayın 20-də imzalanıb.
Layihə üzrə vəsaitlər Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən ayrılıb. Azərbaycan hökuməti isə vəsaitin bir hissəsini və ƏDV öhdəçiliyini yerinə yetirməyi üzərinə götürüb.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar