A24 Xeber

Azərbaycanda bu şirkətlər haqqında müsbət xəbər dərc olunmayıb – ANALİZ

Azərbaycanda bu şirkətlər haqqında müsbət xəbər dərc olunmayıb – ANALİZ
73
02 Aprel 2018 - 15:08

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin mart ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən sığorta şirkətləri ilə bağlı mart ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin mart ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 625 xəbər yerləşdirilib. Bunlardan 20-si mənfi, 605-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Standard İnsurance (10 xəbər – sığorta şirkətindən müştərisinə qarşı görünməmiş fırıldaq) və AXA MBASK Sığortaya (10 xəbər – “AXA MBASK” qanunun tələblərinə tam əməl etmir) məxsusdur. Mart ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1Paşa Sığorta89 xəbər
2Atəşgah Sığorta49 xəbər
3ATA Sığorta45 xəbər
4Bakı Sığorta44 xəbər
5İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi44 xəbər
6AXA MBASK Sığorta34 xəbər
7Paşa Həyat Sığorta33 xəbər
8AzSığorta33 xəbər
9Xalq Sığorta32 xəbər
10Meqa Sığorta29 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 69 neytral xəbər dərc edilib. Mart ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi10 xəbər
2Paşa Sığorta9 xəbər
3ATA Sığorta8 xəbər
4AzSığorta6 xəbər
5Rəvan Sığorta5 xəbər
6Atəşgah Sığorta4 xəbər
7Xalq Sığorta4 xəbər
8Bakı Sığorta3 xəbər
9Günay Sığorta2 xəbər
10İpək Yolu Sığorta2 xəbər

Mart ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 4 xəbər göstərilib. Bu xəbərlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsusdur.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00