Azərbaycanda çayın yaşıla boyanmasının sirri açıldı

Azərbaycanda çayın yaşıla boyanmasının sirri açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Girdimançayın suyunun yaşıla boyanmasının səbəbi açıqlandı. Ekologiya və təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı mütəxəssislər tərəfindən operativ monitorinqlər keçirilib.

Monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb və kompleks analiz üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib.

Analizin nəticələrinə görə çay suyunda baş vermiş dəyişikliyin kimyəvi və toksiki maddələrin təsirindən, yəni antropogen təsirdən olmadığı müəyyən edilib, suyun keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb.

Mütəxəssislərin rəyinə görə hazırda hidroloji rejim baxımından çaylarda azsululuq dövrüdür. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb, bu isə suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib. Yay fəslinin sonunda demək olar ki, əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar