Azərbaycanda çoxarvadlılıq dəbə minir - Ailə quruluşu niyə dəyişir?

Azərbaycanda çoxarvadlılıq dəbə minir – Ailə quruluşu niyə dəyişir?
Want create site? Find Free WordPress Themes and plugins.

İndi bir yazı oxudum – Azərbaycanda 2 və daha çox arvadlılıq dəbə minir…
Ekspertlərin yanaşmasını oxudum və çox məyus oldum. Heç kim gerçək səbəblərə toxunmur və nəticələrlə manipulyasiyalar edir, biri hətta daha qabağa edərək bunu “ərəb adətlərinin idxalı” kimi dəyərləndirir…
Əslində nə baş verir? Son vaxtlara qədər əhalinin cinsi strukturunda kişi və qadınların nisbəti beləydi: 51 faiz qadın, 49 faiz kişi. Ancaq hamiləliyin erkən dövründə uşağın qız və ya oğlan olmasını müyyənləşdirilməsi və qız versiyasının hələ rüşeym halında ikən məhv edilməsi kütləviləşəndən sonra bu nisbət kişilərin xeyrinə dəyişməyə başlayıb. Yəni sırf riyazi məntiqlə artıq oğlanlar evlənməyə qız tapmamalı idi. Ancaq əks tendensiya gedir – kişilər arasında 2 və daha çox arvad almaq meylləri artır. Niyə?

Məsələ bundadır ki, oğlanlar ölkəni tərk edir – əmək miqrantı kimi MDB, Türkiyə, Avropa ölkələrinə üz tutur, əksər hallarda həyat yoldaşlarını da yaşadıqları və çörək sahibi olduğu ölkələrin vətəndaşları arasında seçir. Bu da təbiidir və onların müstəsna hüququdur. Nəticədə ölkədə ərə getmək prespektivi olmayan subay qızlar zümrəsi yaranır.

Onlar da ana olmaq, maddi və cinsi ehtiyaclarını ödəmək üçün 2-cü və hətta 3-cü həyat yoldaşı olmaqla razılaşmağa məhkum olurlar. Normalda heç bir qadın “ikinci arvad” statusunu özünə təhqir bilər. Ancaq variantlar olmayanda bu təhqiri də qəbul etmək zorunda qalır.

Ərə getmək prespektivi olmayan subay qızların da ana olmaq, cinsi ehtiyaclarını təmin etmək haqqı var, bunu onlara kimsə qadağan edə bilməz.

Yəni problemin kökündə bu amil durur. Daimi iş yerlərinin, minimal sosial təminat sisteminin belə formalaşmaması, kütləvi yoxsulluq gənc oğlanları ölkədən didərgin salır, qızlar isə ikinci, üçüncü arvad statusunu qəbul etməyə məcbur olurlar. Qalanı təfərrüatlardır…

Qadir İbrahimli

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar