Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

A24.Az  xəbər verir ki, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.

Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar