A24 Xeber

Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı oldu

Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı oldu
75
21 May 2018 - 10:54
Bakıda xəstə əməliyyat masasında vəfat edib.
A24.Az xəbər verir ki, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da baş verib.
Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.
E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.
Plastik cərrah Elçin Zodan “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.
(Qafqazinfo)
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00