Azərbaycanda daha bir vəzifəyə təyinat - SƏRƏNCAM

Azərbaycanda daha bir vəzifəyə təyinat – SƏRƏNCAM
Want create site? Find Free WordPress Themes and plugins.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Əkbər Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V. Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.
Ə. Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri vəzifəsində çalışıb.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar