A24 Xeber

Azərbaycanda dəhşətli ailə dramı- Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü

Azərbaycanda dəhşətli ailə dramı- Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü
269
10 Aprel 2018 - 14:37
Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
A24.Az xəbər verir ki, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevanın kiçik bacısı Kifayət atasının evində özünü öldürübmüş.
Nəsibədən 2 yaş kiçik olan Kifayət həmin vaxt nişanlı olub və ailə toya hazırlaşırmış.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.//Azxəbər.az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00